"İndiyə qədər tərbiyəçilər bağça müdirləri tərəfindən işə qəbul edilirdi, lakin artıq onlar xüsusi imtahanla işə götürüləcəklər".
E-huquq.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.
O qeyd edib ki, imtahanlar adətən yay mövsümündə keçirilir.
"Müvafiq ixtisas üzrə imtahanlardan uğurla keçən müəllimlər bağçaların vakant yerlərinə qəbul ediləcək", – deyə o əlavə edib.
