Məzmuna keç

Nazirlik: “Yerli təhsil şöbələri ləğv edilməyəcək”

"Regional Təhsil İdarələrinin yaradılması yerli təhsil şöbələrinin ləğvi və işçilərin ixtisarı demək deyil".

E-huquq.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

O bildirib ki, yerli təhsil şöbələri ləğv edilməyəcək.

"Təhsil şöbələri Regional Təhsil İdarələrinin nəzdində yerli təhsil struktur bölməsi kimi fəaliyyət göstərəcəklər", – deyə o əlavə edib.