Məzmuna keç

DİN maska taxdığını iddia edən şəxsin görüntüsünü yaydı –

"Paytaxtın iri ticarət mərkəzlərindən birində polisin maska tələbi ilə bağlı qanuni müdaxiləsini inkar edərək, qoruyucu maska taxdığını iddia edən, polisi çəkməklə onun guya qanunsuz hərəkətlərini ictimailəşdirən şəxsin kimliyi müəyyən olunub".

E-huquq.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

"Araşdırmalarla məlum olub ki, 1995-ci il təvəllüdlü Əşrəfli Əşrəfin iddiları tam əsassızdır. Araşdırmalar davam etdirilir", – DİN rəsmisi qeyd edib.

"Polisi görən kimi səbətdən içki götürüb içməyə başlayır. Görüntüləri araşdırdıq – bütün ticarət mərkəzi boyu maskasız hərəkət etməsi müşahidə olunub", – E.Hacıyev vurğulayıb.