Məzmuna keç

Hakimliyə namizədlərin NƏZƏRİNƏ

Hakimliyə namizədlər üçün yazılı test imtahanı keçiriləcək

Hakimliyə namizədlər üçün yazılı test imtahanı keçiriləcək.

Hakimlərin Seçki Komitəsindən e-huquq.az-a verilən xəbərə görə, hakimliyə namizədlərlə test imtahanının ikinci fazası – yazılı imtahan sentyabr ayının 28-də, saat 11:00-da Dövlət İmtahan Mərkəzinin binasında (Bakı şəhəri, Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi 28) keçiriləcək.

Hakimliyə namizədlər «İmtahana buraxılış vərəqəsi»ni sentyabr ayının 25-dən bütün iş vaxtı ərzində, Hakimlərin Seçki Komitəsindən (Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şəxsiyyət vəsiqəsini təqdim etməklə almalıdırlar.

İmtahan yerinə saat 10:00-dan gec olmayaraq gəlmək lazımdır. İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və «İmtahana buraxılış vərəqəsi»ni mütləq təqdim etməlidirlər. Əks təqdirdə namizəd imtahana buraxılmayacaqdır.

Əlaqə telefonları: (012) 510-22-97; (012) 510-21-62