Məzmuna keç

Azərbaycan Prezidenti Qırğız Respublikasına rəsmi səfərə dəvət olunub

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

E-huquq.az Qırğız Respublikası Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bu barədə Sadır Japarov Bakıda Prezident İlham Əliyevlə geniş tərkibdə görüş zamanı bildirib.

Azərbaycan Prezidenti dəvəti qəbul edib.