Məzmuna keç

Vilayət Eyvazov rəis təyin etdi

Daxili İşlər naziri əmr imzalayıb

Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Gəncə Regional Mühafizə İdarəsinə yeni rəis təyin edilib.

E-huquq.az-ın məlumatına görə, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovovun əmri ilə bu vəzifəyə polis polkovnik-leytenatı Seymur Sadıqov təyin olunub.

O, əvvəllər Tovuz Regional Mühafizə İdarəsinin rəisi işləyib.

Qeyd edək ki, Gəncə Regional Mühafizə İdarəsinin əvvəlki rəisi Şəmistan Kərimov isə təqaüdə göndərilib.

Mənbə: Report