Məzmuna keç

Ermənistanla sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibi müəyyən edildi

Azərbaycan tərəfi Brüssel görüşünün nəticələrinə uyğun olaraq Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini müəyyən edib.

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə aprelin 23-də baş tutan telefon danışığı zamanı bildirib.

Dövlət başçısı qarşı tərəflə “Bakı-Yerevan” formatında danışıqlara hazır olduğunu vurğulayıb. Prezident İlham Əliyev sülh müqaviləsi üzrə danışıqlar üçün Azərbaycanın təqdim etdiyi beş prinsipin əsas götürüldüyünün vacibliyini vurğulayıb.