Məzmuna keç

Zelenski: “Azərbaycanın dəstəyini hər zaman hiss etmişik” –

“Azərbayacan Prezident İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir. Azərbaycan bizə humanitar, tibbi yardım edib”.

E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında Baku TV-nin jurnalistinin sualına cavab verərkən bildirib.

Çıxışının davamında Ukrayna Prezidenti deyib:

“Hesab edirəm ki, bu gün Azərbaycan üçün Ukraynaya silah baxımından kömək etmək çətindir, bunu başa düşmək olar. Çünki onların Qarabağ problemi var, bu tarixi məsələdir, çox çətindir”.