Məzmuna keç

Cəlilabadda yanğın olub, xəsarət alan var

Cəlilabadda yanğın olub, xəsarət alan var

Cəlilabad rayonunun Üçtəpə kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 8 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən e-huquq.az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

"Azəriqaz" istehsalat Birliyindən bildirilib ki, Təhməzov Maarif Abdultalıb oğluna məxsus evdə qazdan istifadə qaydalarının pozulması səbəbindən yanğın hadisəsi baş verib. Ev sahibi isə yanıq xəsarətləri alıb.