Məzmuna keç

Azərbaycanla Rusiya arasında bir sıra sənədlər imzalandı

Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclası çərçivəsində bir sıra sənədlər imzalanıb.

E-huquq.az xəbər verir ki, sənədləri Azərbaycan tərəfindən Baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk imzalayıb.

Azərbaycanla Rusiya arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 20-ci iclasının protokolu, iki ölkə arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında müqavilə imzalanıb.