Məzmuna keç

Ali Məhkəmə bəzi saytların bloklanmasının ləğvi ilə bağlı şikayəti təmin etdi

Ali Məhkəmə bəzi saytların bloklanması işi ilə bağlı qərar verdi

Ali Məhkəmədə "Azadlıq" qəzetinin "Azadlıq.info", "Azadlıq" radiosunun "Azadlıq.org", "Azərbaycansaatı.com" və "Meydan.tv" saytlarının bloklanması ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az xəbər verir ki, Ali Məhkəmə kassasiya şikayətini təmin edib, işə yenidən baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Qeyd edək ki, 2017-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi "Azadlıq" qəzetinin "Azadlıq.info", "Azadlıq" radiosunun "Azadlıq.org", "Azərbaycansaatı.com", "Meydan.tv" saytlarını və "Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarının bloklanması ilə bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə saytların bloklanması ilə bağlı qərar çıxarıb. Bakı Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb