22.10.2026
Ağdamda evlərdən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Hadisə

Ağdamda evlərdən qızıl oğurlamaqda şübhəli bilinən şəxs saxlanıldı

May 2, 2022

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini, əvvəllər məhkum olunmuş Nadir Mehdiyev saxlanılıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

İlkin araşdırmalar zamanı N.Mehdiyevin 10 min manat miqdarında qızıl-zinət əşyalarını oğurladığı və dəyərindən ucuz qiymətə satdığı müəyyən edilib.

Faktla bağlı Ağdam RPŞ-də cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.