Məzmuna keç

Ukraynadakı döyüşlərdə azərbaycanlı həlak oldu

Ukraynada yaşayan azərbaycanlı Məmmədov Fuad Fərhad oğlu Donetsk vilayəti uğrunda gedən döyüşlərdə həlak olub.

E-huquq.az xəbər verir ki, bu barədə onun tanışları məlumat veriblər.

Məlumata görə, F.Məmmədov Konstantinovka şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. F.Məmmədovla vida mərasimi Kiyev şəhərindəki məsciddə keçirilib.