Bu ilin yanvar-aprel ayında əhali qrupu üzrə abonentlərin 78,9%-i (1 912 542 abonent) aşağı qaz istifadəsi limitini (1 200 kubmetrədək) keçməyib.
E-huquq.az xəbər verir ki, bunu "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib.
R. Əliyevin sözlərinə görə, 1 200 kubmetrədək olan qaz istifadəsi limitini hesabat dövründə 21,1% və ya 510 751 min abonent keçib.
Mayın 1-nə olan məlumata görə, "Azəriqaz" üzrə istismarda olan sayğacların sayı (əhali üzrə – red.) 2 423 293 ədəddir, bunların 62,6%-i sonradan ödənişli (mexaniki), 37,4%-i smart-kart tipli cihazlardır.
