Yanvar-aprel ayı ərzində “Azəriqaz” İstehsalat Birliyi satdığı təbii qazın pulunun yığım səviyyəsi 98% təşkil edib.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, dörd ay ərzində yığımlar əhali sektoru üzrə 96%, qeyri-əhali sektoru üzrə 101 % təşkil edib.
