Məzmuna keç

Bakı-Naxçıvan təyyarəsi tufanla əlaqədar geri qayıtmalı oldu

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 255 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.

E-huquq.az bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, təyyarə saat 18:42-də Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.