Məzmuna keç

DİN-dən Göygöldəki qəza ilə bağlı – Açıqlama

DİN-dən Göygöldəki qəza ilə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi Göygöl rayonunda baş verən qəza ilə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, sentyabrın 27-də saat 23 radələrində Göygöl rayonunun Quşqara kəndi ərazisində Bayram İbrahimzadə idarə etdiyi “VAZ-2107” markalı avtomobili qarşıda gedən Ağsu rayon sakini Ş.Bədəlovun idarə etdiyi “Mercedes” markalı yük avtomobilinə vurub.

Nəticədə B.İbrahimzadə və sərnişinləri – Zamiq Mahmudov, Qüdrət Atakişiyev, Tural İbrahimov və Oruc Hüseynov hadisə yerində ölüblər.

Faktla bağlı Göygöl rayon polis şöbəsində araşdırma aparılır.