Məzmuna keç

Səhiyyə naziri karantin rejiminin tam ləğvindən danışıb

"Tibbi maskadan istifadə ləğv edilsə də, əhali payız aylarında ehtiyatlı olmalıdır".

E-huquq.az-ın məlumatına görə, bunu səhiyyə naziri Teymur Musayev deyib.

O bildirib ki, artıq bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı da xəbərdarlıq edib.

"Bilirsiniz ki, ölkədə maskadan istifadə ləğv edilib. Amma biz arxayınlaşmamalıyıq. Hər an ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, qəfil sıçrayış olsun. Koronavirus infeksiyası dəfələrlə "sürprizlər" göstərib. Ona görə də virusun yeni mutasiyasının olub-olmaması məlum deyil. Ona görə də ölkədə karantin rejiminin tam ləğv edilməsini bir müddət gözləmək lazımdır", – nazir qeyd edib.