Mayın 10-da xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, İdarə Heyətinin üzvü, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Sima Yaqubova və Əli Nəbiyev Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Mediasiya Şurasından e-huquq.az-a verilən xəbərə görə, Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi ehtiramla anılıb.

