Məzmuna keç

Prezident və birinci xanım Heydər Əliyev Fondunun Şuşada aparacağı bərpa işləri ilə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşa şəhərində Heydər Əliyev Fondu tərəfindən Şirin su hamamında, tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın evində, Mehmandarovlar malikanə kompleksində aparılacaq bərpa işləri ilə tanış olublar.

E-huquq.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti yayıb.

Dövlət başçısı və birinci xanım həmçinin “Shusha Boutique Hotel”də və Şuşa Realnı Məktəbində həyata keçiriləcək təmir-bərpa işləri ilə də tanış olublar.