Rafael Cəbrayılov mandatdan imtina etməsi ilə bağlı Milli Məclisə müraciət edib.
E-huquq.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. o qeyd edib ki, R.Cəbrayılov mandatdan imtina etməsi barədə müraciət edib və deputat mandatından istefa vermək qərarına gəlib.
Ə.Hüseynli bildirib ki, R.Cəbrayılovun müraciəti barədə Mərkəzi Seçki Komissiyası qərar qəbul edəcək.
