Sabunçu Rayon Məhkəməsində "Gəncə işi" ilə əlaqədar Şahin Verdiyev, Elmir Hüseynzadə, Asif Cavadov, Bəkrəm Əliyev və digərlərinin təmsil olunduğu qrupun məhkəmə prosesi başa çatıb.
E-huquq.az xəbər verir ki, prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Hüseynov və Emil Məmmədov azadlığa buraxılıb.
Babək Əliyev 15 il, Həbib Qurbanov 8 il, Mirzə Hüseynov və Asif Cavadovun hər biri 5 il müddətinə azadlıqdan məhrum edilib.
