Mayın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausedienenin şərəfinə rəsmi ziyafət verilib.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
