Məzmuna keç

Ərdoğanla Conson Finlandiya və İsveçin NATO-ya üzv olmaq istəyini müzakirə ediblər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisindən məlumat verilib.

“Danışıqlar zamanı regional hadisələr, o cümlədən Türkiyə ilə Böyük Britaniya arasında münasibətlər, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq tələbi, həmçinin Ukrayna ilə Rusiya arasında müharibə müzakirə edilib”, – ofis qeyd edib.