Məzmuna keç

Bu il korrupsiya hallarına görə 397 vəzifəli şəxs haqqında cinayət işi başlanılıb – Rəsmi açıqlama

Bu il korrupsiya hallarına görə 397 vəzifəli şəxs haqqında cinayət işi başlanılıb - Rəsmi açıqlama

"Bu ilin 9 ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə, 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib".

E-huquq.az xəbər verir ki, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu proseslərdə dövlətə dəymiş 18 milyon manat zərər ödənilib: "Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur".