Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid Al-Falih ilə görüşüb.
E-huquq.az xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviterdə yazıb.
"Ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf perspektivləri, Azərbaycanda Səudiyyə Ərəbistanı şirkətlərinin fəaliyyəti, investisiya və biznes sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq", – nazir qeyd edib.
