“Bu gün Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur. Bu münasibətlə Moldova Respublikasının hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Əməkdaşlığın daha da inkişaf edəcəyinə ümid edirik”.
E-huquq.az xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Moldova ilə diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətilə tviterdəki paylaşımında yer alıb.
