Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ölkəmizdə vətəndaş hüquq və azadlıqlarının etibarlı müdafiəsində, onlara peşəkar, yüksək keyfiyyətli, vicdanlı hüquqi yardımın göstərilməsində mühüm fəaliyyət göstərən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasını Avropa Vəkillər Kollegiyası və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzv qəbul olunması münasibətilə səmimi təbrik edir.
E-huquq.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd edilib ki, nazirlik mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşən vəkillik təsisatının fəaliyyətində yeni-yeni uğurlar arzulayır.
