Məzmuna keç

DİN-dən iki nəfərin öldüyü qəza ilə bağlı – Açıqlama

DİN-dən iki nəfərin öldüyü qəza ilə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi Bərdədə baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.

E-huquq.az xəbər verir ki, oktyabrın 3-də saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən həmyerliləri Emin Məmmədov və Elgün Kərimov orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.