Məzmuna keç

Ukraynada müharibədə həlak olan uşaqların sayı açıqlandı

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 263 uşaq həlak olub, daha 467 uşaq isə yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun məlumatında bildirilib.

Qeyd olunub ki, fevral ayından Ukraynada ən azı 1940 təhsil müəssisəsinə ziyan dəyib, onlardan 184-ü tamamilə dağıdılıb.

Prokurorluq bu rəqəmlərin aktiv döyüş əməliyyatlarının davam etdiyi əraziləri, həmçinin Rusiya tərəfindən işğal olunmuş ərazilərdəki itkiləri əhatə etmədiyini qeyd edib.