Məzmuna keç

Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyəcək

Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin martın 15-dən bəri çıxarıdğı qərarları icra etməyəcək

E-huquq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qanun imzalayıb.

Qərara əsasən, Rusiya Avropa İnsan Hüquqları Məhkəməsinin martın 15-dən sonra çıxardığı qərarlar icra edilməyəcək.

Qərar Rusiyanın Avropa Şurasından çıxdığı gündən – martın 15-dən sonrakı müddətə şamil edilib.