Məzmuna keç

Ukraynada müharibə nəticəsində ölən uşaqların sayı 323-ə çatıb

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 323 uşaq ölüb, 587 uşaq isə yaralanıb. Zərərçəkmiş uşaqların sayı isə 910-a çatıb.

E-huquq.az xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, Rusiya ordusunun bombardmanı nəticəsində 2 052 təhsil müəssisəsinə ziyan dəyib, 210-i isə tamamilə dağılıb.