Azərbaycanda son sutkada 29 nəfər vaksinasiya olunub.
E-huquq.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Gün ərzində birinci doza vaksinlərin sayı 8, ikinci doza vaksinləri sayı 5-dir.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 14-dür. Pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı 2 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 781 799 olub.
