SOCAR “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq mikrofon” aksiyası iyulun 13-də saat 11:00-da növbəti aksiya paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində (Neftçilər Parkı) baş tutacaq.
Bu barədə e-huquq.az-a İstehsalat Birliyindən məlumat verilib.
Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
