Bakının Kürdəxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi olub.
E-huquq.az xəbər verir ki, hadisə axşam saatlarında Tofiq Tağızadə küçəsində qeydə alınıb.
Belə ki, "Niva" markalı avtomobil qarşıdan gələn "Şevrolet" markalı maşınla toqquşub. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib, xəsarət alan olub. Hadisə yerinə DYP əməkdaşları və təcili tibbi yardım avtomobili gəlib.
Faktla bağlı araşdırma aparılır.
