“Hüquqi yardım almaq üçün gəlir meyarına yenidən baxılmalıdır”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü plenar cilasında “Pulsuz hüquqi yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O, həmçinin hüquqi yardımın tətbiq olunduğu iş kateqoriyalarının genişləndirilməsini təklif edib.
Deputat eyni zamanda bildiirb ki, hüquqi yardımın idarə edilməsində hesabatlılıq daha dəqiq müəyyənləşdirilməlidir.
“Dövlətimizin ödənişləri üzərinə götürərək, vətəndaşlarımızın hüquq və azadlqılarının qorunmasında atdığı addımı yüksək qiymətləndiririk. Vətən müharibəsində qalib gələn bir ölkədə – ən ali və bəşəri hüququ təmin edən bir dövlətdə vətəndaş hüqunun müdafiəsi insanların maddi vəziyyətindən asılı olmayacaq”, – deyə Z.Oruc qeyd edib.
Şəbnəm Mehdizadə
