Məzmuna keç

Həftəsonu yol qəzalarında 10 nəfər ölüb

Daxili İşlər Nazirliyi həftə sonunda baş verən yol qəzaları barədə statistik məlumat yayıb.

DİN-in mətbuat xidmətindən e-huquq.az-a verilən xəbərə görə, respublikanın avtomobil yollarında iki gündə ölümlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 10 nəfər ölüb, 2 nəfər xəsarət alıb.