Məzmuna keç

“MKT İstehsalat Kommersiya” MMC cərimələnə bilər

“MKT İstehsalat Kommersiya” MMC barəsində inzibati protokol tərtib edilib.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 544.1-ci ( istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə İmişli Rayon Məhkəməsində hakim Ülvi Qənbərovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, şirkət dörd min manatadək məbləğdə cərimə ediləcək.

Qeyd edək ki, “MKT İstehsalat Kommersiya” MMC-nin əsas fəaliyyət istiqaməti pambığın yetişdirilməsi, tədarükü və pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.

Rəşid Qarayev