Məzmuna keç

“Azpetrol Ltd” cərimələndi

"Azpetrol Ltd" MMC barəsində inzibati protokol tərtib edilib.

E-huquq.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Bakı şəhəri Sabail rayon məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, şirkət min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Rəşid Qarayev