Baknın Suraxanı rayonunun Atamoğlan Rzayev küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Əmircan və Köhnə Suraxanı qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
E-huquq.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.
Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.
