Məzmuna keç

Vətəndaşların məhkəmələrdə qəbulu cədvəli açıqlandı

Avqust ayında Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların məhkəmələrdə qəbulu cədvəli açıqlanıb.

E-huquq.az qəbulun keçiriləcəyi məhkəmələrin siyahısını təqdim edir:

Bakı Hərbi Məhkəməsi – 05 avqust

Sumqayıt Kommersiya Məhkəməsi – 12 avqust

Bakı Ağır Cinayətlər Məhkəməsi – 19 avqust

Bakı Kommersiya Məhkəməsi – 26 avqust

Vətəndaşların qəbulu müəyyən edilmiş günlərdə saat 10:00-da başlayır.

Qeyd edək ki, vətəndaşlar qəbula müvafiq məhkəmələrdə, eləcə də Şuranın (012) 510-19-07, 510-82-96 nömrəli telefonları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əvvəlcədən yazıla, yaxud birbaşa qəbula gələ bilərlər.