21.10.2026
Azərbaycanda bəzi ixtisaslarda keçid balları artacaq
Sosial

Azərbaycanda bəzi ixtisaslarda keçid balları artacaq

Avq 16, 2022

Bu il I qrupda rekord iştirakçı qeydə alınıb.

E-huquq.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?" mövzusunda çıxışı zamanı deyib.

O bildirib ki, bu il I qrup üzrə 33 min adam iştirak edib:

"Bu, ötən illə müqayisədə 5 min nəfər artıqdır. I qrup üçün 16499 plan yeri verilib. Lakin plan yerlərində artım iştirakçı sayındakı artımdan az olduğu üçün o qədər də təsir etməyəcək. I qrup üzrə 600 baldan yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 2 dəfə artıb. Bu o deməkdir ki, I qrupda müəyyən ixtisasların keçid balları artacaq".