Azərbaycan Respublikası Hərbi Prokurorunun böyük köməkçisi-mətbuat xidmətinin rəhbəri, ədliyyə müşaviri Firad Əliyev və Sumqayıt hərbi prokuroru vəzifəsini icra edən, ədliyyə mayoru Raul Şahverdiyev N saylı hərbi hissənin hərbi qulluqçuları qarşısında insan hüquqlarının qorunması, korrupsiyaya qarşı mübarizə, həyat və sağlamlıq əleyhinə olan cinayətlər, hərbi xidmət əleyhinə olan cinayətlər və sair mövzularda geniş çıxışlar ediblər.
E-huquq.az xəbər verir ki, məruzəçilər hərbi qulluqçuların suallarını cavablandırıb və onların qayğı və problemləri ilə maraqlanıblar.
Qeyd olunmalıdır ki, belə tədbirlər Azərbaycan Respublikası Hərbi Prokurorluğunun rəhbər işçilərinin, ərazi hərbi prokurorluqlarının əməkdaşlarının və müvafiq hərbi qurumların rəhbər vəzifəli nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq həyata keçirilir.
