"Vətəndaşlar özləri icra məmurunu müstəqil surətdə təyin edə biləcəklər".
E-huquq.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin qrup rəhbəri Tural Məmmədov deyib.
Onun sözlərinə görə, əgər icra məmuru vətəndaşın işini qaydasında aparmasa, icra sənədi yenidən başqa bir icra məmuruna yönəldiləcək: "Bu da icra məmurlarının fəaliyyətində sui-istifadə hallarının qarşısını alacaq".
