"Ege Hospital" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsi hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edib.
İşə Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq.
Məhkəmə iddianı təmin edərsə, "Ege Hospital" min beş yüz manat məbləğində cərimələnə bilər.
