Xarici ölkə vətəndaşının bank kartından 27 min dollar məbləğdə oğurluq etməkdə təqsirləndirilən Orxan Qafarovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az xəbər verir ki, iş üzrə toplanan materiallar Yasamal Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, keçən ilin dekabrında ölkəmizdə yaşayan xarici ölkə vətəndaşı Banihashemian Seyed Mahmoud ona məxsus bank kartından 27 min dolların naməlum şəxs vəya şəxslər tərəfindən oğurlandığını bildirmişdi. Hadisəni törətməkdə şübhəli bilinən Orxan Qafarov saxlanılaraq istintaqa təhvil verilmiş, barəsində cinayət məcəlləsinin 177.2.3-1-ci (elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə) maddəsi ilə cinayət işi açılmışdı.
Rəşid Qarayev
