Məzmuna keç

Səhiyyə Nazirliyi: “Son günlər Bakıda yeni infeksiya yayılıb”

"Bakıda son günlərdə rotavirus infeksiyası yayılıb".

E-huquq.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov "Mədə xəstəlikləri" mövzusunda danışarkən deyib.

O bildirib ki, bu infeksiyanın əsas klinik əlamətləri güclü qarın ağrıları, qusma və ishaldır:

"Həmin şəxslər antibiotik terapiyadan uzaq durmalıdırlar. Çoxlu maye qəbul etməli, süd məhsulları və kofeindən uzaq olmalıdırlar. Müşahidələr gösətir ki, bu xəstəliyə tutulanlar bir həftə müddətində sağalır".