Məzmuna keç

Prezident İlham Əliyev İtaliya Prezidenti ilə görüşdü –

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə görüşü olub.

E-huquq.az-ın xəbərinə görə, Romanın Kuirinale Sarayında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İtaliya Prezidenti Sercio Mattarella dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim edilib.

Sonra birgə foto çəkdirilib.