Məzmuna keç

“Azəriqaz”ın rəhbəri Qəbələ və Oğuz  sakinləri ilə görüşəcək

"Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin Qəbələ rayonunda vətəndaş qəbulu keçiriləcək.

E-huquq.az xəbər verir ki, 5 sentyabr saat 11:00-da Qəbələ şəhəri, Mədəniyyət Mərkəzində baş tutacaq.

Görüş zamanı Qəbələ və Oğuz sakinlərinin müraciətləri dinləniləcək.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 024- 22-4-02-62; 024-20-5-01-70) müraciət edə bilərlər.