Məzmuna keç

Lerikdə turist avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 10 nəfər yaralanıb

Lerik rayonunda yerli turistləri daşıyan avtobus qəzaya uğrayıb.

E-huquq.az xəbər verir ki, hadisə Günəşli kəndində qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı azı 5 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Hadisə zamanı avtobusda 50 nəfər olub.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report